"Beşiktaş"da ciddi itki 1 ay oynamayacaq

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin müdafiəçisi Tayyip Talha Sanuç sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk futbolçu Super Liqanın 18-ci turunun "Rizespor"la səfər matçında (1:1) ayaq əzələsindən zədələnib. 25 yaşlı mərkəz müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Beşiktaş" Tayyip Talha Sanuçu 2022-ci ilin sentyabr ayında "Adana Demirspor"dan transfer edib. Arxa xətt oyunçusu bu mövsüm "qara qartallar"ın heyətində 9 rəsmi matçda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right