"Liverpul"un futbolçusu La Liqa klubuna keçir

"Liverpul"un "Zalzburq"a icarəyə verdiyi Stefan Bayçetiç karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa klubu ispaniyalı yarımmüdafiəçini "Betis"ə icarəyə verəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. 20 yaşlı dayaq yarımmüdafiəçisi mövsümün ikinci yarısını "Betis"də keçirəcək.

Qeyd edək ki, Stefan Bayçetiç mövsümün əvvəlində "Zalzburq"a keçmişdi. İspaniya U-21 millisinin üzvü Avstriya təmsilçisinin heyətində 18 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right