"Milan" "Yuventus"la matça ciddi itki ilə çıxacaq

"Milan" İtaliya Super Kubokunun yarımfinal görüşü çərçivəsində "Yuventus"la üz-üzə gələcək.

Newsport.az xəbər verir ki, "qırmızı-qaralar" matça ciddi itki ilə çıxacaq. Portuqaliyalı vinger Rafael Leao əzələ zədəsi səbəbindən komandaya kömək edə bilməyəcək.

"Yuventus" - "Milan" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 23:00-da Səudiyyə Ərəbistanında "Əl-Avval Park" stadionunda baş tutacaq.

Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right