“Barselona”nın əsas transfer hədəfi odur

“Barselona” hücum xəttini gücləndirmək üçün prioritet oyunçusunu müəyyən edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun əsas hədəfi “Liverpul”un hücumçusu Luis Diasdır. Klubun idman direktoru Deku onun futbol bacarıqlarını yüksək qiymətləndirir.

Kolumbiyalı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm 23 oyunda iştirak edib, 11 qol vurub və 3 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right