”Mançester Yunayted” 3 futbolçu ilə vidalaşacaq

“Mançester Yunayted” qış transfer pəncərəsi üçün əsas namizədlərini müəyyənləşdirib.

Newsport.az-ın məlumatına görə, “qırmızı şeytanlar” braziliyalı yarımmüdafiəçi Kazemiro, danimarkalı pleymeyker Kristian Eriksen və isveçli müdafiəçi Viktor Lindelofla yollarını ayırmağı planlaşdırır. Klub yeni oyunçular almazdan əvvəl yuxarıda adı çəkilən üçlükdən ayrılmaq niyyətindədir.

“Mançester Yunayted” İngiltərə çempionatının turnir cədvəlində 19 oyundan 22 xal toplayaraq 14-cü yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right