"Barselona”nın ulduz futbolçusu Leonel Messinin zədələnməsindən xəbərdarsınız. Təxminən 1 aya yaxındır zədəli olan bəstəboyun zədəsi qismən sağaltması hər kəsdə müəyyən sual yaradıb.Görəsən Messi "El Kasiko”da oynayacaqmı?
Newsport.az-ın məlumatına görə, bu barədə suala "Barselona”nın "B” komandasının baş məşqçisi Cerard Lopez məlumat verib. Lopez Messinin "El Kalsiko” da oynayacağına işarə verib: "Messi bir neçə gündür "Barselona”nın "B” komandasında məçq edir. Məşqlərdə onu yaxşı gördüm. Komandamı hər gün etdiyimiz məşqlə çalışdırdım. Messi sonadək məşq etməyi bacardı. O, sabahdan etibarən əsas komanda ilə birgə çalışacaq. Düşünürəm ki, Messi "El Klasiko”da 30 dəqiqə meydanda olacaq.”
Qeyd edək ki, "Real Madrid” – "Barselona” oyunu noyabrın 21-də "Santiaqo Bernabeu”da keçiriləcək.