Dünyada Qurban Qurbanov kimi neçə güclü məşqçi var?

Dünyanın ən güclü məşqçilərinin 2025-ci il üçün ilk reytinqi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1646 xala malikdir. O, dünyada 160-cıdır. 52 yaşlı mütəxəssis ötən cədvəldəki mövqeyini qoruyub.

“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 56-cıdır. O, iki addım irəliləyib.

Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı mütəxəssis 1 pillə yüksəlib.

Siyahıya “Mançester Siti”nin 2150 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right