“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Brentford”a qarşı (3:1) oyundan sonra cinah oyunçusu Ethan Nvaneri haqqında fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis gənc futbolçunu tərifləyib:
“Yaxşı çıxış etdi. O, məşqlərdə start heyətində yer almağa layiq olduğunu sübut edib. O, akademiyanın oyunçusudur, ona oyun vaxtı verilməlidir. Ethan bunu haqq edir”.
17 yaşlı Nvaneri cari mövsümdə komandanın 17 matçında iştirak edib və üç qol vurub.
“Transfermarkt” portalına görə, ingilis futbolçusunun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.