“Əl-Nəsr”dən “Renn”ə

“Renn” “Əl-Nəsr”in futbolçusu Seko Fofananın transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Fransa klubu bunun üçün Səudiyyə Ərəbistanı təmsilçisinə 20 milyon avro təzminat ödəyəcək.

29 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Beləliklə, Fofana Səudiyyə Ərəbistan liqasının tarixində xaricə satılan ən yüksək transfer qiyməti olan futbolçu olub.

Fofana bu mövsüm “Əl-Nəsr”in heyətində 15 oyuna çıxıb. O, karyerası ərzində “Fulhem”, “Lans” və “Udineze” kimi komandalarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right