"Yuventus" "Barselona"nın müdafiəçisini istəyir

"Yuventus" müdafiə xəttini gücləndirmək üçün "Barselona"nın futbolçusu Andreas Kristensenlə danışıqlara başlayıb.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi 28 yaşlı futbolçu üçün artıq məxsus olduğu kluba müraciət edib.

Amma danimarkalını transfer etmək asan olmayacaq.

Məsələ burasındadır ki, "Mançester Yunayted" də Kristensenin transferində maraqlıdır.

Kristensen bu mövsüm "Barselona"nın heyətində bir oyunda iştirak edib və zədələnib. Onun Kataloniya təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right