Moldova Futbol Federasiyası millinin baş məşqçisi Serqey Kleşenkonun müqavilə müddəti artırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Moldova Futbol Federasiyası məlumat yayıb.
52 yaşlı mütəxəssisin federasiya ilə müqavilə müddəti 2024-cü il dekabrın 31-nə qədər idi.
Yeni müqaviləyə əsasən moldovalı mütəxəssis 2025-ci il noyabrın 30-na qədər millini çalışdıracaq.