Dünyanın ən bahalı 10 futbolçusu SİYAHI

“Football Benchmark” ekspertləri dünyanın ən bahalı futbolçularının reytinqini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, bu reytinqdəki oyunçuların təxmini dəyərləri “transfermarkt” portalındakından fərqlidir.

Birinci yerdə “Real”ın hücumçusu Kilian Mbappe qərarlaşıb. Fransalı futbolçu 228,6 milyon avro dəyərində qiymətləndirilir.

İkinci yerdə 188,1 milyon avro ilə “Mançester Siti”nin forvardı Erlinq Haland qərarlaşıb.

İlk üçlüyü “Real”ın digər oyunçusu Çud Bellingem tamamlayır. İngilis futbolçu 186,3 milyon avro dəyərində qiymətləndirilib.

Sonrakı yerləri Vinisius Junior (175,3 milyon avro), Bukayo Saka (163,3), Camal Musiala (143,3), Fil Foden (140,7), Florian Virts (139,8), Lamin Yamal (137,6) və Rodriqo (119,8) tutur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right