Qəza keçirən futbolçu evə buraxıldı

“Vest Hem”in hücumçusu Maykl Antonio xəstəxanadan evə buraxılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

34 yaşlı futbolçu Londonun mərkəzi xəstəxanasında ayağından əməliyyat olunub. Hazırda o, bərpa prosesini ev şəraitində davam etdirəcək.

Xatırladaq ki, Maykl Antonio bir müddət öncə avtomobil qəzası keçirmişdi. Onun cari mövsümdə meydana çıxmayacağı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right