Tanınmış agent: “Fati böyük futbolçudur”

”Barselona”nın hücumçusu Ansu Fatinin agenti Jorje Mendeş futbolçunun Kataloniya klubundakı perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bunu deyib:

“İki il əvvəl Ansu Fati dünyanın zirvəsində idi. Onun zədələrlə bağlı bəxti az gətirib, amma əminəm ki, o, bütün çətinliklərə qalib gələcək, çünki Fati böyük futbolçudur. O, öz səviyyəsinə qayıdacaq və yenidən “Barselona” azarkeşlərinin könlünü fəth edəcək.

Mümkün icarəyə gəlincə, bu sualı kluba vermək lazımdır. “Barselona” onun niyyətini və baş məşqçinin fikrini bilir. Futbolda hər şey beş dəqiqəyə dəyişə bilər. Fati göstərdi ki, o, “Barselona”da oynaya biləcək keyfiyyətlərə malikdir”.

22 yaşlı futbolçunun Kataloniya klubunda gələcəyi şübhə altındadır. O, tez-tez zədələndiyi üçün nadir hallarda meydana çıxır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right