“Barselona”nın müdafiəçisi üçün 10 milyon avro ödəməyə hazırdırlar

“Atletiko” komandada icarə əsasında çıxış edən “Barselona”nın mərkəz müdafiəçisi Kleman Lanqleni almağı planlaşdırır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu 29 yaşlı futbolçunun tam transferində maraqlıdır. Klub müdafiəçi üçün “Barselona”ya təxminən 8-10 milyon avro təklif etməyə hazırdır.

Lanqle bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edərək, 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right