"Mançester Yunayted"in futbolçusuna İspaniyadan təklif

"Mançester Yunayted"in futbolçusu Antoni karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Betis" braziliyalı vingerin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

La Liqa klubu Antonini mövsümün sonuna kimi icarəyə götürmək üçün "Mançester Yunayted"ə təklif göndərib. "Betis" 24 yaşlı ön xətt oyunçusunun maaşının yarısını ödəməyə hazırdır.

Qeyd edək ki, "Mançester Yunayted" Antonini 2022-ci ilin yayında "Ayaks"dan transfer edib.Braziliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right