Azərbaycan millisinin üzvünün komandasında ayrılıq

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi Polşanın “Radomyak” klubu baş məşqçisi ilə yollarını ayırıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, başqa klubdan təklif alan və bundan yararlanmaq qərarına gələn portuqaliyalı Bruno Baltazar komandada qalmayıb.

Polşa klubunun yeni baş məşqçisinin adı yaxın günlərdə açıqlanacaq.

Hazırda Məmmədovun komandası 20 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right