"Qarabağ"ın rəqibi məşhur futbolçu ilə yollarını ayırdı

Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"da ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, Yunanıstan klubu Villianla yollarını ayırıb. Braziliyalı vingerin gələn ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılıq əsasənda xitam verilib.

Villian mövsümün əvvəlində azad agent statusu ilə "Olimpiakos"a keçmişdi. 36 yaşlı futbolçu Pirey təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la Avropa Liqası Liqa mərhələsinin 8-ci turu çərçivəsində 31 yanvar tarixində Yunanıstanda üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right