“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yeni il öncəsi İngiltərə klubunun azarkeşləri qarşısında çıxış edib.
Newsport.az “qırmızı şeytanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı komandanın azarkeşlərinə təşəkkür edib:
“Mançester Yunayted”dəki hər kəs adından davamlı dəstəyinizə görə sizə təşəkkür edirəm və yeni ildə hamınıza ən yaxşısını arzulayıram. Bilirəm ki, bu, hər kəsdən çox zəhmət tələb edəcək, amma 2025-ci ildə birlikdə hara kimi gedə biləcəyimiz üçün çox həyəcanlıyam”.
Amorim noyabrın 1-də Lissabon “Sportinq”indən ayrılaraq “Mançester Yunayted”i çalışdırmağa başlayıb. Onun komandası keçirdiyi 18 oyundan sonra 22 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cüdür.