London klubunun baş məşqçisi bunu edə bilməsə qovulacaq

İngiltərənin "Tottenhem" komandasının baş məşqçisi Ange Postekoqlu qovulma təhlükəsi ilə üz-üzədir.

Newsport.az xəbər verir ki, London klubu Liqa Kubokunun yarımfinal mərhələsində "Liverpul" səddini keçə bilməsə, yunanəsilli avstraliyalı mütəxəssislə yollar ayrılacaq.

Paytaxt təmsilçisi 59 yaşlı çalışdırıcının rəhbərliyi altında Premyer Liqada keçirdiyi son 5 oyunun 4-də məğlub olub. Komanda turnir cədvəlində 23 xala 12-ci pillədə qərarlaşıb. Rəhbərlik hazırkı durumdan məmnun deyil.

Qeyd edək ki, "Tottenhem" Liqa Kubokunda "Liverpul"la ilk matçını yanvarın 8-də evdə, cavab oyununu isə fevralın 6-da səfərdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right