ESPN başa çatmaq üzrə olan 2024-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. Newsport.az xəbər verir ki, ABŞ-ın məşhur idman kanalı bu ada “Real”ın braziliyalı futbolçusu Vinisius Junioru layiq görüb.
Daha əvvəl 2024-cü il "The Best" müafatının da qalibi olan “sambaçı” "Qızıl top"un səsverməsində isə 2-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Vinisius cari mövsümdə “Real”ın heyətində 20 oyunda 13 qol və 9 assistlə yadda qalıb.