Arda Turan "Fənərbaxça" ilə oyundakı hərəkətinə görə cəzalandırıldı

"Eyüpspor"un baş məşqçisi Arda Turan cəzalandırılıb.

Newsport.az xəbər verir ki, qərar Türkiyə Peşəkar Futbol İntizam Komitəsinin bugünkü iclasında açıqlanıb.

Arda Turan Superliqanın 17-ci turunda "Fənərbaxça" ilə oyunda (1:1) rəqibin vurduğu qoldan sonra matçın baş hakiminə çox sərt şəkildə etiraz edib. Onun fikrincə, qoldan əvvəl “Fənərbaxça”lı Caner Erkin qayda pozuntusuna yol verib, amma hakim bunu qeydə almayıb.

O, referiyə etiraz etdikdən sonra qırmızı vərəqə alaraq texniki zonadan qovulub. 37 yaşlı məşqçi matçı tribunadakı lojadan izləyib.

Peşəkar Futbol İntizam Komitəsi Arda Turanı 1 oyunluq cəzalandırıb. Bundan başqa o, 58.5 min lirə (təqribən 2824 manat) cərimə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right