"Barselona"nın futbolçusu Lamin Yamalın meneceri Xorxe Mendeş oyunçunun klubla müqaviləsinin mümkün uzadılması barədə danışıb.
Newsport.az xəbər verir ki, 17 yaşlı hücumçunun hazırkı əmək sözləşməsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Xorxe Mendeş isə bu barədə danışarkən deyib: “Lamin Yamal mütləq “Barselona” ilə yeni müqavilə imzalayacaq. O, "Barselona"da qalmalıdır. Müqavilənin nə vaxt bağlanacağını bilmərəm, amma mütləq olacaq. Şəxsən mənim üçün Lamin 2024-cü ildə İspaniya millisi və “Barselona” ilə dünyanın ən yaxşı oyunçusu olmağı bacardı”.
Qeyd edək ki, cari mövsüm Lamin Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 6 qol vurub və 12 məhsuldar ötürməsi verib. O, bu yay İspaniya millisi ilə Avropa çempionu olub.