Moldova yığmasının Bakıdakı ilk məşqi yarımçıq qalıb

Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Moldova yığması Bakıda ilk məşqinə çıxıb. 

Newsport.az-ın məlumatına görə, moldovanların siftəsi uğurlu alınmayıb.

Belə ki, Moldova millisinin Bakı Olimpiya Stadionunun ehtiyat meydançasındakı ilk məşqi yarımçıq qalıb. Buna güclü külək səbəb olub. Qonaqların məşqi bir saatdan da az davam edib. Nəticədə komanda məskunlaşdığı otelə qayıtmağa məcbur olub.
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova qarşılaşması saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right