Muslera "Qalatasaray"dan ayrılmağa hazırlaşır

Mövsümün sonunda "Qalatasaray"la müqaviləsi başa çatan Fernando Muslera klubdan ayrıla bilər.

Newsport.az xəbər verir ki, uruqvaylı qapıçının ölkəsinə qayıtmaq ehtimalı var. Bu barədə Uruqvay mətbuatı məlumat yayıb.

Musleranın karyerasının son illərini vətənində keçirmək istədiyi bildirilir. 38 yaşlı qolkiper artıq "Penyarol" klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Qalatasaray" Fernando Musleranı 2011-ci ilin yayında "Latsio"dan transfer edib. Təcrübəli "əlcək sahibi" bu müddət ərzində "sarı-qırmızılar"ın heyətində 530 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right