2025-ci ildə "Qızıl top"a namizədlər

2025-ci ildə "Qızıl top" mükafatını qazanmağa namizəd futbolçular açıqlanıb. Newsport.az xəbər verir ki, "Goal.com" nəşri yenilənmiş siyahını tərtib edib.

İlk pillədə "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah qərarlaşıb. "Real"ın aparıcı üzvü Vinisius Junior ikinci, "Barselona"nın futbolçusu Rafinya isə üçüncüdü.

İlk “10-luq”da "Bavariya"dan Camal Musiala və Harri Keyn, "Barselona"dan Robert Levandovski və Lamin Yamal, "Real"dan Kilian Mbappe, "Çelsi"dən Koul Palmer və "Bayer"dən Florian Virts də yer alıblar.

Qeyd edək ki, 2024-cü ildə bu mükafatı İspaniya yığmasının və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right