İtaliyanın "Montsa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az xəbər verir ki, A Seriyası təmsilçisini Salvatore Bokketti çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimiu nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Salvatore Bokkettinin son iş yeri "Verona" olub. İtalyan çalışdırıcı "Montsa"nın baş məşqçisi postunda dünən istefaya göndərilən Alessandro Nestanı əvəz edib.