Mourinyo əməliyyata gedir

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo əməliyyat olunacaq.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis  dekabrın 23-də Türkiyədən kənarda əməliyyat ediləcək.

Mourinyonun səhhətində hansı problem olduğu və əməliyyatın harada gerçəkləşəcəyi ilə bağlı hələlik məlumat verilməyib.

Xəbərdə qeyd edilib ki, Mourinyonun dekabrın 27-də komandası ilə birgə olacağı gözlənilir.

Qeyd edek ki, "Fənərbaxça" bu mövsüm Mourinyonun rəhbərliyi altında 26 oyuna 15 qələbə qazanıb, 6 heç-heçə edib və 5 görüşdə uduzub. Komanda Superliqada 36 xalla 2-ci pillədədir.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right