“Liverpul” futbolçusuna yeni müqavilə təklif edib

“Liverpul” rəhbərliyi müdafiəçi Trent Aleksander-Arnoldu komandada saxlamaq istəyir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” ingiltərəli oyunçuya 20 milyon avro maaşla yeni müqavilə təklif ediblər.

Trent hələ ki, gələcəyi ilə bağlı yekun qərar verməyib. Onun “Real”a keçmək variantı da var.

Aleksander-Arnold bu mövsüm Mersisayd komandasının heyətində 20 oyun keçirib və 4 məhsuldar ötürmə edib. Tərəflər arasındakı müqavilə gələn ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right