UEFA Konfrans Liqası: Pley-off mərhələsinin püşkü atılıb

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində reallaşan tədbirdə pley-offa yüksələn 16 komanda rəqiblərini tanıyıb.

“Gent” (Belçika) - “Betis” (İspaniya)

“Sele” (Sloveniya) - APOEL (Kipr)

“Kopenhagen” (Danimarka) - “Haydenhaym” (Almaniya)

“Omoniya” (Kipr) - “Pafos” (Kipr)

TSK (Serbiya) - “Yagelloniya” (Polşa)

“Vikinqur” (İslandiya) - “Panatinaikos” (Yunanıstan)

“Molde” (Norveç) - “Şemrok Rovers” (İrlandiya)

“Borats” (Bosniya və Herseqovina) - “Olimpiya” (Sloveniya)

Pley-off mərhələsində ilk matçlar fevralın 13-də, cavab görüşləri isə 20-də baş tutacaq.

Qeyd edək ki, Konfrans Liqasının Liqa mərhələsini ilk "səkkizlik"də bitirən "Çelsi" (İngiltərə), “Vitoriya” (Portuqaliya), "Fiorentina" (İtaliya), “Rapid” (Avstriya), “Yurqorden” (İsveç), “Luqano” (İsveçrə), “Legiya” (Polşa) və “Serkl Brügge” (Belçika) birbaşa 1/8 finala yüksəliblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right