"Milan" qapıçısı ilə müqavilənin müddətini uzadır

İtaliyanın "Milan" klubu qapıçısı Mayk Menyan ilə müqavilənin müddətini uzadacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Tərəflər artıq razılıq əldə ediblər. Yeni sözləşmə 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.

Milan təmsilçisi Ticani Reynders və Kristian Pulişiçlə də müqavilənin müddətini artırmaq istəyir.

Qeyd edək ki, Mayk Menyan 2021-ci ildən "Milan"ın formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right