Neymar ən yaxşı dövrünü açıqladı

“Əl-Hilal”ın hücumçusu Neymar karyerasının ən yaxşı dövrünü açıqlayıb. Newsport.az xəbər verir ki, Braziliya millisinin üzvü PSJ-dəki illərini xüsusi vurğulayıb.

“Ən yaxşı illərim PSJ-də olub. Amma çox kədərli idi, çünki 3-4 ay davam edən çox ciddi zədələrim olurdu. Bu məni çox narahat edirdi. Amma futbol nöqteyi-nəzərindən PSJ-dəki Neymar bütün karyeramın ən yaxşı futbolçusudu”, - deyə Neymar söyləyib.

Qeyd edək ki, Neymar 2017-2023-cü illərdə PSJ-də çıxış edib. O, parislilərin heyətində 173 oyunda 118 qol vurub, 77 məhsuldar ötürmə verib. “Sambaçı” karyerası ərzində “Santos” və “Barselona”da da çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right