“Toronto”nun hücumçusu Federiko Bernardeski karyerasını Yunanıstan çempionatında davam etdirə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı oyunçu ilə “Olimpiakos” və “Panatinaikos” maraqlanır.
Bernardeskinin Kanada klubu ilə 2026-cı ilin ortalarına qədər olan müqaviləsi var. 30 yaşlı futbolçu “Toronto”da ümumilikdə 84 oyun keçirib, 22 qol vurub və 13 məhsuldar ötürmə edib.