“Real” Arda üçün edilən təklifi bəyənməyib

“Real”ın yarımmüdafiəçisi Arda Gülər ​​”Bayern”in maraq dairəsinə düşüb.

Newsport.az-ın məlumatına görə, Münhen klubunun rəhbərliyi “Real”a mübadilə təklif edib.

“Bayern” türk oyunçuya görə 35 yaşlı hücumçu Tomas Mülleri vermək istəsə də, “kral klubu”nun prezidenti Florentino Peres müqavilənin şərtlərindən razı qalmayıb.

19 yaşlı Arda cari mövsümdə Madrid komandasının heyətində 18 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun transfer dəyəri 45 milyon avro qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right