"Beşiktaş" legioneri göndərəcək

"Beşiktaş" qışda bəzi futbolçularla yollarını ayıracaq.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi yayda icarəyə götürdüyü Çek Ndurunu komandadan göndərəcək.

20 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti mövsümün sonuna qədərdir. Amma o, "Beşiktaş"da özünü doğrulda bilmədiyi üçün böyük ehtimalla rəhbərlik ona ehtiyac duymayacaq.

İtaliyalı futbolçu "Benfika", "Braqa"da oynayıb. O, 2023-cü ildən PSJ-də oynayır və 2028-ci il iyunun 30-na qədər Paris klubuna məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right