Musayevin komandasında bu futbolçuya Rusiya pasportu veriləcək

“Krasnodar”ın hücumçusu Con Kordobaya Rusiya pasportu veriləcək.

Newsport.az-ın məlumatına görə, kolumbiyalı forvard Rusiya pasportu almağa hazır olduğunu etiraf edib: 

"Hər şey mümkündür. Mən narahat deyiləm. Kolumbiyalı olsam da, Rusiya vətəndaşlığını almaqda heç bir problem görmürəm".

Kolumbiyalı hücumçu 2021-ci ildən "Krasnodar"da çıxış edir. 31 yaşlı futbolçunun Rusiya klubu ilə müqavilə müddət 2027-ci il iyunun sonuna qədərdir.

Ona Rusiya pasportu verilsə də, millidə oynaya bilməyəcək. Çünki Kordoba 2023-cü ildən Kolumbiya millisinin şərəfini qoruyur. O, karyerası ərzində “Çiapas”, “Dorados”, “Espanyol”, “Qranada”, “Maynts”, “Köln”, “Herta”da da çıxış edib. Qeyd edək ki, "Krasnodar"ın baş məşqçisi 2021-2024-cü illərdə "Sabah"ı çalışdırmış Murad Musayevdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right