Mourinyo "Fənərbaxça"dan ayrılıb İngiltərəyə qayıdır?

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo yenidən İngiltərədə çalışa bilər.

Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin "Vulverhempton"u çalışdırmaq ehtimalı var. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Mourinyonun "Fənərbaxça" ilə müqaviləsində 5 milyon avroluq sərbəstqalma bəndi var. "Vulverhempton" bu məbləği ödəyib 61 yaşlı məşqçini komandaya gətirmək istəyir.

Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub və Türkiyə klubu ilə 2 illik sözləşmə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right