Amorimin “Mançester Yunayted” rəhbərliyindən istəyi

Heyəti gücləndirmək niyyətində olan “Mançester Yunayted” rəhbərliyi indidən hərəkətə keçib. Newsport.az xəbər verir ki, “mankunianlar”ın baş məşqçisi Ruben Amorimin ilk transferi tələbi paraqvaylı futbolçudu.

İngilislər “Serro Porteno”nun müdafiəçisi Dieqo Leonu sıralarına cəlb etməyə hazırlaşırlar. Artıq qarşı tərəflə danışıqlara start verilib. 18 yaşı apreldə tamam olacaq Dieqonun agenti sənədləri hazırlamaq üçün İngiltərəyə yollanıb.

Keçid baş tutacağı təqdirdə, 17 yaşlı oyunçu növbəti 6 ayı da “Serro Porteno”da keçirəcək, yaydan isə “qırmızı şeytanlar”ın formasını geyinəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right