Messi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi

Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıdakı Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Newsport.az oxu.az-a istinadən xəbər verir ki, onlar ümummilli liderin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.

Lionel Messi və dostlarını iş adamı Adnan Əhmədzadə müşayiət edib.

Həmçinin daha sonra onlar Bakıda Qarabağ atları ilə tanış olublar. Messi və komanda yoldaşlarına  Qarabağ atlarının özünəməxsusluğu nümayiş etdirilib. Bu, qonaqlarda xoş təəssürat yaradıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right