Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Heydər Əliyev Mərkəzində olublar.

Newsport.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.

Lionel Messi və komanda yoldaşları “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı xalça kolleksiyası, "Klassik avtomobil sərgisi" və digər ekspozisiyalarla tanış olublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right