İtaliyalı futbolçunun ürəyinə əməliyyatla defibrilyator qoşuldu

İtaliyanın “Fiorentina” klubunun 22 yaşlı yarımmüdafiəçisi Edoardo Boveyə əməliyyatla ürək dayanmasının qarşısını alan defibrilyator quraşdırılıb.

Newsport.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Əməliyyatdan sonra idmançının sağlamlığı üçün təhlükə aradan qalıdırılıb. Lakin İtaliya idman təbabəti və kardiologiya normalarına əsasən, defibrillyator quraşdırılmış oyunçular yarış müsabiqələrində iştirak edə bilməzlər.

O, şənbə günü xəstəxananı tərk edərək evə buraxılacaq.

Futbolçu A Seriyasının 14-cü turunda, “İnter”lə oyunda huşunu itirdikdən sonra reanimasiyaya yerləşdirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right