“Barselona”nın sabiq baş məşqçisi Çin klubunda

“Barselona”nın sabiq baş məşqçisi Kike Setyen Çində çalışacaq.

Newsport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis “Beytszin Qoan”ın baş məşqçisi təyin edilib.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Setyen 2020-ci ildə “Barselona”nı çalışdırıb. Qvineya millisi, “Las Palmas” və “Betis”in də baş məşqçisi olmuş Setyen son olaraq “Vilyarreal”da işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right