“Real”ın hücumçusu Kilian Mbappe bu gün tibbi müayinədən keçəcək. O, dünən UEFA Çempionlar Liqasının liqa mərhələsində “Atalanta” ilə oyunda zədələnib və ilk hissədə əvəzlənib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun italiyalı çalışdırıcısı Karlo Ançelotti ciddi bir şey olduğunu düşünmür:
“Bu gün Mbappe tibbi müayinədən keçəcək. Ciddi bir şey olduğunu düşünmürəm”.
Mbappenin də fərqləndiyi qarşılaşmada “Real” “Atalanta”ya 3:2 hesabı ilə qalib gəlib. Ançelottinin yetirmələri Çempionlar Liqasının növbəti matçında “Zalsburq”la qarşılaşacaq.