"Napoli" gürcü futbolçu ilə müqavilənin müddətini uzatmağa yaxındır

İtaliyanın "Napoli" klubu gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya ilə müqavilənin müddətini uzatmağa yaxındır.

Newsport.az xəbər verir ki, bu barədə yerli "Corriere dello Sport" nəşri məlumat yayıb.

Yeni sözləşmənin müddətinin 2029-cu ilin yayınadək nəzərdə tutulacağı gözlənilir. Onun maaşının artırılacağı da nəzərdə tutulub. Tərəflər bütün nüansları 2024-cü ilin sonunadək həll edəcəklər.

Qeyd edək ki, 2022-ci ilin iyulunda "Napoli"yə keçən X.Kvaratsxeliyanın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right