"Traktor" 10 nəfərlə qalib gəlib liderliyini qorudu

Təbrizin "Traktor" klubu İran çempionatında növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 8-ci turdan təxirə salınmış oyunda "Qol Qohar"la qarşılaşıb. Oyun "Traktor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Təbrizlilər ilk hissənin sonunda qırmızı vərəqə alaraq azlıqda qalsalar da, ikinci hissədə 2 qol vurmağı bacarıb. "Al-qurdlar"ın qollarını Tomislav Strkalj (68) və Mehdi Naşemnejad (75) vurub.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Traktor" liderliyini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right