"Napoli" icarə əsasında "Qalatasaray"da çıxış edən futbolçusu Viktor Osimhen haqqında açıqlama yayıb.
Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı hücumçunu birdəfəlik transfer etmək üçün israrlıdır. Həmçinin daha əvvəl mətbuatda Osimhenlə bir neçə nəhəng klubun maraqlandığı da yazılıb. Nigeriyalı futbolçunun qarşıdakı qış transfer pəncərəsindən etibarən karyerasını "Mançester Yunayted", PSJ və ya "Yuventus"da davam etdirə biləcəyi qeyd olunmuşdu.
"Napoli"nin idman direktoru Covanni Manna DAZN-a açıqlamasında bu xəbərlərlə bağlı danışıb. O deyib: "Heç kim bizə zəng vurmayıb. Hazırda dəqiq heç nə yoxdur".
Qeyd edək ki, bundan əvvəl "Napoli"nin transfer üçün "Qalatasaray"dan 75 milyon avro istədiyi bildirilmişdi. Daha sonra məlum olmuşdu ki, Türkiyə təmsilçisi bu məbləğin 70 faizini ödəməyə razılaşan sponsor tapıb.