"Bavariya"nın idman direktoru Maks Eberl futbolçusu Camal Musialadan danışıb.
Newsport.az goal.com-a istinadən xəbər verir ki, o, 21 yaşlı yarımmüdafiəçinin Münhen təmsilçisi üçün əhəmiyətli oyunçu olduğunu deyib:
“Musialadan asılıyıqmı? "Barselona"nın Lionel Messisi, "Real"ın Kriştiano Ronaldosu var idi. "Bavariya"da isə Musiala var. Onlar matçların nəticəsini həll edə bilən böyük oyunçulardır. Biz bilirik ki, Camal da bunu bacarır. Biz onun nə qədər böyük futbolçu olduğunu anlayırıq”.
Qeyd edək ki, bu mövsüm Musiala bütün yarışlarda 18 matçda iştirak edib, 10 qol vurub və 4 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalına görə, onun transfer dəyəri 130 milyon avrodur.