Salahın maaşı artacaq

“Liverpul” Məhəmməd Salahın maaşını artıracaq. Tərəflərin yeni müqavilə ilə bağlı danışıqlarının yekununda bu nəticəyə gəlinib.

Newsport.az xəbər verir ki, misirli hücumçunun nə qədər maaş alacağı hələ açıqlanmır. Hazırda ilinə 10 milyon avro qazanan oyunçuya PSJ bunun 4 qatını təklif etmişdi. Lakin Salah İngiltərədə qalmağa qərar verib.

Mövsümün sonunda bitəcək anlaşmanın müddəti daha iki il uzadılacaq. Futbolçunun agenti 2028-ci ilin yayınadək olan müqavilə tələb edirdi, klub isə yalnız daha bir mövsümlük anlaşma istəyirdi. Yekunda tərəflər ortaq məxrəcə gəlib. Tezliklə bu barədə rəsmi açıqlama verilməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right