"Botafoqo" klubu 29 ildən sonra Braziliya çempionu olub

"Botafoqo" futbol klubu 29 ildən sonra Braziliya çempionu olub.

Newsport.az-ın məlumatına görə, komanda bunu XXXVIII turda "San-Paulu"nu məğlub etməklə (2:1) gerçəkləşdirib.

Xallarının sayını 79-a çatdıran "Botafoqo" ehtiyatda bir oyunu olan "Palmeyras" (73 xal) üçün əlçatmaz olub.

Bu, komandanın tarixində üçüncü çempionluğudur. "Botafoqo" daha əvvəl 1968 və 1995-ci illərdə də eyni uğuru əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right