“Tottenhem” argentinalı futbolçu üçün 20 milyon avro təklif edib

“Brayton”un yarımmüdafiəçisi Fakundo Bonanotte komandasını dəyişə bilər.

Newsport.az-ın məlumatına görə, artıq “Brayton”a 20 milyon avro təklif edən “Tottenhem” argentinalı futbolçunun xidmətində maraqlıdır.

“Qağayılar”ın rəhbərliyi Bonanotte ilə 30 milyon avrodan az məbləğə ayrılmaq istəmir.

19 yaşlı futbolçu mövsümü hazırda icarə əsasında “Lester”də keçirir. Bonanotte İngiltərə Premyer Liqasının cari mövsümündə 14 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 18 milyon avro qiymətləndirilir və “Brayton”la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right